Keyt Midelton dövlət tədbirlərindən kənarlaşdırılıb

  • By ilhame
  • 17 Yanvar 2024 19:28

Britaniya şahzadəsi Uilyamın xanımı Keyt Midelton abdominoplastika əməliyyatı keçirib.

 

Gununsesi.info bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Bildirilir ki, şahzadə xəstəxanada müalicəsini davam etdirir. Bu səbəbdən onun aprelin ortalarınadək dövlət tədbirlərində iştirak etməyəcəyi qeyd olunub.

 

Bir neçə gün öncə Keyt Midelton əməliyyat üçün London Klinikasını seçdiyi barədə paylaşım edib. Həkimləri isə onun səhhəti ilə bağlı açıqlama yayıblar.

 

“Əməliyyat uğurlu keçdi. Şahzadənin sağalmasını davam etdirməsi üçün 10-14 gün xəstəxanada qalacağı gözlənilir”, – məlumatda deyilir.

Gununsesi.info