“Keyxanım”ın toyundan ilk görüntülər - FOTO

  • By admin
  • 19 İyun 2018 09:59

Dünən “Keyxanım” ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyevanın toyudur.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclis mediaya qapalı keçirir.

Tədbirdə bir çox şou-biznes nümayəndələri iştirak edir. Onlar toydan görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, aktrisanın həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək.
Onu da əlavə edək ki, bu, 37 yaşlı “Keyxanım”ın da ikinci evliliyidir. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu.

"Keyxanım"ın toyundan ilk görüntülər