KFC-də qızardılmış siçan satıldı – FOTO

  • By admin
  • 23 Sentyabr 2016 22:52

 axar-az1474655218472291_01

 

Dünyanın ən böyük fast-fud restoranları şəbəkəsindən olan KFC-nin (“Kentucky Fried Chicken”, ABŞ) Moskvadakı restoranlarından biri ilə bağlı böyük qalmaqal yaşanır.

Gununsesi.info bildirir ki, srağagün Oleq Ponyatski adlı moskvalı şəhərin “Prins Plaza” ticarət mərkəzində idi. O, mərkəzdəki KFC restoranında nahar etmək qərarına gəlib və sezar salatı, sendviç, qəhvə və strips sifariş verib.

Masa arxasında oturmuş Oleq nahara başlayıb, qızardılmış toyuq tikəsini dişləyib. Lakin o, ağzında tük və çox pis dad hiss edib. O, toyuq tikəsi saydığı ət parçasına baxanda əlində qızardılmış siçan tutduğunu görüb.

 

  1. Ponyatkovski şikayət etmək niyyətindədir.

“Restorana və oranın əməkdaşlarına qarşı heç bir qərəzim yoxdur. Sadəcə, müştərilərə qarşı daha diqqətli olmalarını istəyirəm”, – O.Ponyatkovski deyib.

KVC isə olayla bağlı araşdırma aparıldığını deyib: “Fritürdə siçanın qızardılması sadəcə, mümkün deyil. Bunu hətta nəzəri baxımdan təsəvvür etmək olmaz”.

 

Gununsesi.info