Kibariyə Azərbaycanda VİLLA ALDI: “Burda qalacam” – FOTO

  • By admin
  • 01 May 2017 22:47

d0bb0f4403aafc3e27d8fbe3d0cd5f23

 

Ötən gün Azərbaycana gələn Türkiyənin tanınmış müğənnisi Kibariyə maraqlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran ifaçı bildirib ki, bu gün Azərbaycandan özünə yeni mənzil alıb: “Buranı çox bəyəndim. Həyat yoldaşım da buranı bəyəndi. Şüvələndən özümə yeni ev aldım. Artıq bura tez-tez gələcəm. Bakıda da qalacam. Burada mənə qarşı çox xoş münasibət var”.

Qeyd edək ki, Kibariyə Bakıda azərbaycanlı müğənni Zenfira İbrahimova ilə konsert verib.

 

 

Gununsesi.info