Kıbrısın prezidenti Polad Həşimovun anasına ödül verdi

  • By admin
  • 22 Oktyabr 2021 09:37

İkinci Qarabağ Müharibəsindən bir neçə ay əvvəl Ermənistanın Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat nəticəsində şəhid olan general Polad Həşimov Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb.

Gununsesi.info-nun məlumatına görə, ödül oktyabrın 21-də Ankarada baş tutan mükafatlandırma mərasimində Polad Həşimovun anası Səmayə Həşimovaya təqdim edilib.

Ankaradakı mükafatlandırma mərasimində Polad Həşimovun ödülü onun anası Səmayə Həşimovaya Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, EkoAvrasiya təmsilçisi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçla birlikdə təqdim edilib.

Mərasimdə çıxış edən EkoAvrasiya rəhbəri Hikmət Eren rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib. O bildirib ki, EkoAvrasiyanın əsas fəaliyyəti Türk dünyası və Avrasiya ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək və bu əlaqələrə yardımçı olmaqdır.

Çıxışında “Avrasiya Hizmət Ödülü”nün generalın anasına təqdim etməkdən qürur duyduqlarını dilə gətirən Hikmət Eren, şəhdin ailəsinin də belə bir mükafatı məmuniyyətlə qarşıladığını vurğulaylb və buna görə  Səmayə Həşimovaya təşəkkürünü bildirib.

Hikmət Eren “Şəhid general Polad Həşimovu rəhmət və ehtiramla anırıq” deyə fikirlərini sona çatdırıb.

Gununsesi.info