“Kiçik İstanbul”, aksiyaların mərkəzi “Bradenburq qapısı”, Holokost abidəsi üzərində günəş vannası

  • By admin
  • 05 İyun 2019 00:11

Berlin tarixi abidələri, muzeyləri, yaşıllığı və təmiz havası ilə təkcə Almaniyanın yox, həm də Avropanın ən gözəl şəhərləri sırasındadır. Təsadüfi deyil ki, hər il Avropanın bu şəhəri turist ziyarətinə görə ilk üçlükdə yer alır. Bəs Berlində gəzilməli yerlər hansılardır?

Bu reportajın hazırlanmasında məqsəd sizə səyahət öncəsi tur rəhbərliyi etmək, Berlinə gedərkən mütləq görməli olduğunuz məkanlar barəsində qısa məlumat verməkdir.

Berlinin məşhur məkanlarından bəzilərini bir gün içində gəzib, çəkmək imkanım oldu. Qeyd edim ki, Berlinlə tanış olmaq üçün bir gün yetərli deyil. Paytaxtda turistlərin ən çox baş çəkdiyi yerlər bir yerdə cəmlənib. Yəni, siz piyada olaraq həmin yerlərə gedə bilərsiniz. Yox, əgər avtobus, metro və digər şəhər nəqliyyatından istifadə etmək istəsəniz 7 avroluq günlük bilet ala bilərsiniz.

Aksiyaların mərkəzi “Bradenburq qapısı”

Berlinin ən məşhur nöqtəsi “Bradenburq qapısı”dır. 18-ci əsrin sonunda inşa edilən bu abidə Almaniyanın paytaxtı Berlinin simvolları sırasındadır. Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir və tikintisi 1788-ci ildə başlayıb. Qapının açlışı 1791-ci ildə baş tutub və buradan yalnız kral ailəsinin keçməsinə icazə verilib.

Abidənin üzərində görünən tarını daşıyan “Quadriqa” stilli at arabası isə, heykəltəraş Yohann Qottfrid Şadou tərəfindən sonradan, 1793-cü ildə əlavə edilib. Tanrının əlindəki qartal və xaç isə, Almaniyanın və xristinalığın simvoludur. Qartal simvolu hazırda Almaniyanın, xaç simvolu isə, Almaniya Federal Ordusunun gerbi sayılır. İkinci Dünya Müharibəsinə şahidlik edən bu qapı ağır artilleriya və hava hücumları nəticəsində zərər görüb. Müharibədən sorna, daha dəqiq desək, 1949-cu ildə Almaniya  “Şərq” və “Qərb”ə bölünüb və qapı hər iki tərəfdən istifadə olunub. “Berlinin divarı”nın sökülməsi və Almaniyanın birləşməsi kimi olduqca əhəmiyyətə sahib olan günlərdə əhali bu qapının önünə yığışıb, bayram edir.

Turistlərin ən çox gəzdiyi bu məkan aksiyaların mərkəzidir. Elə orada olarkən Almaniyada yaşayan İran və  Venesuela vətəndaşlarının, Almaniyada fəaliyyət göstərən QHT-lərin nüvə silahı əleyhinə birgə keçirdikləri etiraz aksiyalarınını çəkmək imkanım oldu.

(Adres: Pariser Platz, 10117 Berlin, Almanya)

Parlament binasına buraxılmadım

Reyxstaq (Reichstag) kimi tanınan Almaniya Federal Parlementinin binası günün müəyyən saatlarında turistlərin ziyarətinə açıqdır. Bunun üçün də internet üzərindən  (https://visite.bundestag.de/BAPWeb/pages/createBookingRequest/viewBasicInformation.jsf) qeydiyyatdan keçməlisiniz. Onlayn qeydiyyat çətin olsa, binanın qarşı tərəfindəki küçədə olan ofisə yaxınlaşa bilərsiniz. Burada olarkən öyrəndim ki, parlament binasının şüşədən olan günbəzinə nərdivanlar vasitəsi ilə çıxıb Berlinin panoramik mənzərəsinə baxmaq istəyənlərin sayı 20 saat üçün 100 nəfəri keçməməlidir. Ziyarət üçün qeydiyyat isə, pulsuzdur.

Parlament binasının olduqca maraqlı tarixi var. Belə ki, Adolf Hitlerin hakimiyyətini gücləndirmək üçü binanı yağmalatdıraraq yandırtdırıb. Yanğına görə olayı müxalifət liderlərinin üzərinə atan Hitler onları həbs etdirərək diktatorluğunu rahat qurub və gücləndirib.

(Adres: Platz der Republik 1, 10557 Berlin)

Soyqırım abidəsi üstündə gün vannası qəbul edənlər

Berlinin böyük parklarından olan “Tiergarten”in yanından yerləşən yəhudilərin soyqırımından bəhs edən Holokost abisəsinə giriş pulsuzdur. Eyni zamanda abidəni sutkanın istənilən saatında ziyahrət etmək mümkündür. Ölçüsünə görə böyük və kiçik düzbucaqlı betonlardan ibarət olan abidə turistlərin ən çox ziyarət etdiyi məkanlar sırsındadır.

Burda olarkən abidələrin üzrəində uzanıb günəş vannası qəbul edə turistləri və sosial şəbəkələr üçün video çəkən vaynerləri də gördüm.

(Adres: Cora-Berliner-Straße 1, 10117 Berlin)

Berlin divarı qalıqlarına saqqız yapışdırmaq ənənəsi

Potsdamer Berlinin müasir üzü sayılır. Burada bir neçə hündür mərtəbəli bina inşa edilib. Eyni zamanda teatr, kino klublar şəhərin bu hissəsində cəmlənib.

Təsadüfi deyil ki, Almaniyanın brend markaları öz reklam çəklişlərini Potsdamerdə edir. Elə biz orda olarkən  məşhur “Edeka” süpermarketlər şəbəsinin yeni reklam çəklişinin şahidi olduq.

Berlin divarların bir hissəsi Postdamerdədir. Turistlər divar qalıqlarına saqqız yapışdırırlar. Bu ənənə 10 ildən çoxdur davam edir.

(Adres: U2, S1, S2 və S25 metro xəttlərindən istifadə edərək Potsdamer Platz stansiyasında düşün )

Kiçik İstanbul  – Kreuzberg

Berlinin Kreuzberg qəsəbəsinin əhalisinin çoxu türk kökənlidir. Burada ingilis və alman dilində danışanlar isə, yerli və xarici tursitlərdir. Buna görə də, bura “Kiçik İstanbul” deyirlər. Burada Birinci və İkinci Dünya Müharibəsinə aid eksponatların sərgiləndiyi muzeylər də var.

Kreuzbergdən qatarla Ornienburga keçsəniz burada 1936 -1945-ci illərdə fəaliyyət göstərmiş Sachsenhausen əsir düşərgəsini də ziyarət edə bilərsiniz.

(Adres: U6 və U 12 metro xətlərindən istifadə edib Kreuzberg stansiyasında düşün )

Bu mənim yalnız bir gündə Berlində gəzdiyim məkanlar idi. Yuxarda da qeyd etiyim kimi, Almaniyanın paytaxtı Berlinlə tanışlıüçün ən azı sizə 3-4 gün lazımdır. Səyahət öncəsi internet vasitəsi ilə özünüzə bir plan hazırlamağınızı məsləhət görürəm.