Kılıcdaroğlu Ərdoğanla Yıldırımı “Ədalət!” yürüşünə dəvət etdi, PREZİDENT İSƏ AKSİYANI "ÖRTÜLÜ DARBE" ADLANDIRDI

  • By admin
  • 23 İyun 2017 20:27

kılıçdaroğlu vs erdoğan

Türkiyə prezidenti və baş naziri Ankaradan İstanbula doğru “Ədalət!” yürüşünə qatılmağa dəvət edilib.

Gununsesi.info-nun xəbərinə görə, bu təkliflə yürüşün 9-cu günündə CXP lideri Kamal Kılıcradoğlu çıxış edib.

“Türkiyənin prezidenti  Rəcəb Tayyib Ərdoğanı  və baş nazir Binəli Yıldırımı “Ədalət!” yürüşünə qatılmağa dəvət edirəm. Onlar yürüşə qatılarlarsa və vətəndaşları dinləyərlərsə,çox məmnun olaram”-deyə, Kılıcdaroğlu sözlərinə əlavə edib.

Hələlik bu təklifə adıçəkilən şəxslərdən hər hansı bir cavab gəlməsə də, Ərdoğan Kılıcdaroğlunu yeni sərt sözlərlə tənqid edib, yürüş təlimatının Fətullah Güləndən gəldiyini söyləyib.

“Ədalət!” yürüşü əslinə “örtülü darbe”dir. Bu darbenin müəllifi də “FETÖbaşı” Fətullah Güləndir. Yürüşlə bağlı təlimat ondan gəlib”-deyə, Ərdoğan daha sonra bildirib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info