
“Türkiyədə müxalifətin Kamal Kılıcdaroğlu ətrafında qurulan və böyüməkdə olan koalisiyasını 2004-cü ilin prezident seçkilərində Yuşenkonun qurduğu Böyük Koalisiya ilə müqayisə etmək olar”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi ekspert Anar Məmmədli qardaş ölkədəki son siyasi durumu şərh edərkən deyib.
Onun sözlərinə görə, Yuşenkonun ətrafında da sol, sağ-mərkəzçi, liberal və ultrasağ siyasi qüvvələr birləşmişdi: “Nəticə Ukraynada siyasi transformasiya, demokratik institutların qurulması, məhkəmə-hüquq sistemi və parlamentarizm üçün uğurlu olmuşdu.
Türkiyənin də avtoritar idarəçilikdən demokratik parlamentarizmə keçid üçün belə Böyük Koalisiyaya ehtiyacı var”.
Afət Abbasova
Gununsesi.info