Kılıcdaroğlu AKP-li gənclərin suallarına cavab verəcək - ƏRDOĞANI DEBATA ÇAĞIRDI

  • By admin
  • 21 May 2023 08:59

Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıcdaroğlu rezonansa səbəb olacaq təklifi qəbul edib.

Gununsesi.info xəbər verir ki, Kılıcdaroğlu Türkiyədə populyarlığı ilə tanınan Oğuzxan Ugurun moderatorluğu ilə yüzlərlə gəncin suallarını cavablandıracaq.

Maraqlı olan isə budur ki, Kılıcdaroğlu ilə görüşə gələn və sual verənlər hakim AK Partiyadan olacaq.

Dəvəti qəbul edən Kılıcdaroğlu deyib:
Bazar günü çəkilişdəyik. Salonda ağırlıq AK Partiyadan olan gənclərdən ibarətdir. Dolayısı ilə yad adamlaar yoxdur. Ona görə də səni də gözləyirik, Rəcəb Tayyib Ərdoğan…
Gəl, gənclərin qarşısında mərdcə üz-üzə gələk!

Afət Abbasova
Gununsesi.info