
Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmaq üçün müraciət edib.
Gununsesi.info-nun Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə C. Kılıçdaroğlu “Twitter”dəki hesabından məlumat yayıb.
C. Kılıçdaroğlu bildirib ki, 2017-ci il yanvarın 2-də AKP-yə üzv olamaq üçün partiyanın Ankaradakı mənzil qəragahına gedəcək.
C. Klıcdaroğlu yaydığı yazılı açıqlamada partiyanın sədr müavini Təkin Bingölün onun CHP-dən çıxarılmasını tələb etdiyi üçün bu addımı atdığını deyib.
Anar
Gununsesi.info