Kılıcdaroğlu Akşenerlə “vahid namizəd” məsələsini müzakirə edəcək

  • By admin
  • 27 Dekabr 2022 13:04

Türkiyənin əsas siyasi qüvvələrini özündə cəmləşdirən “Altılı Masa”nın  ortaq namizədinin kim olacağı ilə bağlı yaranan fikir ayrılığı bu gün CHP lideri Kamal Kılıçdaroğlu ilə İYİ Partiya lideri Meral Akşenerlə müzakirə olunacaq.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, görüş tələbi CHP lideri Kılıçdaroğlundan gəlib.

Məlumata görə  görüşün iki partiyanın qərargahı yerinə başqa bir məkanda keçirilməsinə qərar verilib.

İki liderin yanvarın 5-dən əvvəl baş tutacaq görüşündə ortaq namizədin necə müəyyən ediləcəyi ilə yanaşı, iki partiya arasında gərginliyə səbəb olan bəyanatların və etimadın itirilməsinə səbəb olan məsələlərin də müzakirə olunacağı gözlənilir.

Siyasi ekspertlər hesab edir ki, iki liderin görüşündə diskomfort yaradan bütün bu məsələlər müzakirə olunacaq.

“Akşener və Kılıçdaroğlu keçmişdə çətin günlərdə bir araya gələrək problemlərə həll yolları təklif etmiş və ortaq çıxış yolu tapmışdılar” deyə bildirilir.

 

Tərcümə:

Günay Təhməzova