Türkiyənin keçmiş naziri Mehmet Sevigen Kamal Kılıçdaroğluna “İstefa” çağırışı edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sevigen seçkilərin nəticələri üzərindən CHP sədri Kamal Kılıçdaroğluna sərt ifadələrlə səslənib.
Keçmiş nazir “Partiyanı qurultaya götürün”, – deyə Kılıçdaroğluna xitab edib. Sevigen “İşi CHP-ni yox etməkdirsə, məqsədinə çatır”, – deyə bildirib. Keçmiş nazir 48 %-lik nəticənin uğur olmadığını söyləyib.
Sevigen Kılıçdaroğlunun yenidən sədrliyə namizəd olacağı durumda, CHP-nin bölünə biləcəyini bildirib.
Tərcümə: Arzu