Kılıcdaroğlu da seçilsə, lirə dəyərdən düşəcəkdi

  • By admin
  • 07 İyun 2023 21:06

Seçkidən sonra lirə mütləq dəyərdən düşəcəkdi, qalib Kılıcdaroğlu olsa da düşəcəkdi, lirənin dərdi daha dərindir, iqtidarlı-müxalifətli pafosun, populizmin, vəədlərin son günlərdəki ucuzlaşmada payı olsa da, əsas səbəbləri obyektiv və subyektiv olaraq ayırmaq olar:

Obyektiv səbəblər – Türkiyənin enerjidən kəskin asılılığı, kovid oyununun 3 il (2020-22) Türkiyənin əsas gəlir mənbəələrindən biri olan turizmi kəskin vurması, ixracatın artımının idxalı da artırması kimi amilləri göstərmək olar.

Subyektiv səbəblər: Erdoğanın kobud səhvləri, “Damad ekomomisi” dövrü, Mərkəzi Bankın müstəqilliyinin və subyektivluyinin əlindən alınması, Erdoğanın, “Faiz səbəb – inflyasiya nəticədir”, heç bir məntiqi olmayan israrı, iqtisadi institutların zəifləməsi, məhkəmənin müstəqilliyinə kölgə düşürülməsi, populist “solvari” siyasət, dövlət xərclərinin kəskin artırılması, son 4 ildə durmadan (təqribən 1 trilyon lirə), heç nə ilə qarşılanmayan pul çap edilməsi.

Yəni, bu gün görünən son 10 ilin kobud səhvlərinin təzahürüdür.

Yaxşı, bunun manata təsiri varmı: Yoxdur, manatın öz balaca dünyası, üzdüyü kiçicik neft gölməçəsi, inzibatı qaydalarla tənzimlənən həyatı var.

Xub, bəs Azərbaycana təsiri varmı: İnhisarçı iqtisadiyyat olmasa idi, hətta pozitiv təsiri olacaqdı, Türkiyə malları kəskin ucuzlaşacaqdı. Amma bir müsbət təsiri var, o da vətəndaşlar üçün Türkiyəyə səfər etmək yayda daha sərfəli olacaq – təbii ki, AZAL-ın nəfsi imkan versə.
Belə…

Natiq Cəfərli
Gununsesi.info