Kılıçdaroğlu: Dünyada nə qədər mafiya pisliyi varsa, öz pulları ilə şəhərlərimizə gəlib

  • By admin
  • 07 Noyabr 2022 17:58

 

 

CHP sədri Kamal Kılıçdaroğlu İstanbulun Sarıyerdəki villasında adı narkotik qaçaqmalçılığı ilə hallanan serb dəstə başçısının tutulması xəbəri ilə bağlı sosial media hesabından açıqlama verib.

Gununsesi.info xəbər veriri ki, Kılıçdaroğlu, “Qara pul öz sahibini gətirir dedim. Dünyadakı bütün mafiya pisliyi öz pulları ilə şəhərlərimizə gəlib. İndi bağlarda cəsəd axtarışı var. Gördüyünüz dənizdə bir qum dənəsidir” deyə Tvitter hesabında yazıb.

CHP lideri açıqlamasında mafiya başçılarına səslənib: “Şəhərlərimizi tərk edin. Biz səni məhv edəcəyik. Çirkli pulunu götür və gedin. Sənə qurban verəcəyimiz bir övladımız yoxdur”.

 

Dəmirörən Xəbər Agentliyinin (DHA) verdiyi xəbərə görə, adı narkotik qaçaqmalçılığı ilə məşğul olan serb dəstə başçısı Serb əsilli Rosto Mijonoviki öldürməkdə şübhəli bilinərək İstanbul Sarıyerdəki villasında saxlanılıb.

DHA dəstə başçısının adının “Zeljko Bojanic” olduğunu və İnterpol tərəfindən qırmızı bildirişlə axtarışa verildiyini yazıb.

Xəbərə görə, İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qruplarına noyabrın 2-də dəstə başçısının villanın bağçasında nəsə basdırdığı barədə məlumat daxil olub.

Bildirilir ki,  dəstə başçısının qurbanı burada basdırmış ola biləcəyi şübhəsi üzərinə polis qrupları evin bağçasında qazıntı aparıb.

“Habertürk” yazarı Fatih Altaylı qazıntının 3 gündür davam etdiyini və 3 cəsədin tapıldığını iddia edib.

 

Günay Təhməzova

Gununsesi.info