Kılıçdaroğlu: Hər kəsi qucaqlayacağıq

  • By admin
  • 09 May 2023 16:16

Türkiyədəki seçkilərdə Millət İttifaqının Prezidentliyə namizədi Kamal Kılıçdaroğlu izləyəcəkləri yol və platformaları ilə bağlı yeni açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Bolu şəhərindəki siyasi mitinqdə danışan CHP Başqanı hər kəsə qucaqlayıcı şəkildə yanaşacaqlarını söləyib. Siyasətçi bunları vurğulayıb:

“Dövlət istədiyiniz, arzu etdiyiniz kimi yönəldilməz. Dövləti bilmək və tanımaq lazımdır. Vətəndaşdan toplanan hər qəpiyini hesabatının verilməsi gərəkdir. Dövlətin dini ədalətdir. Birlikdə ədaləti və dövlətimizi hörmətli etmək üçün çalışacağıq. Problemlərimizi birlikdə həll edəcəyik”.

“Daşla, dəyənəklə işimiz yoxdur. O , qorxaqların işidir. 85 milyon insanın Prezidenti olacam. Hər kəsin həyat tərzinə hörmətlə yanaşacam. Hər kəsi qucaqlayacağıq”, – deyə namizəd Kılıçdaroğlu bildirib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info