Kılıçdaroğlu ikinci tur propaqandasına miqrant əleyhdarlığı ilə başladı

  • By admin
  • 17 May 2023 16:41

Millət İttifaqının Prezidentliyə namizədi Kamal Kılıçdaroğlu 28 may siyasi seçkiləri üçün təbliğatına start verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kılıçdaroğlu sosial media hesabından “Türkiyə üçün #KararVer” başlıqlı bir video paylaşıb.

CHP lideri və Millət İttifaqının Prezidentliyə namizədi etdiyi paylaşımında bunları yazıb:

“Buradan hər kəsə səslənirəm: Biz bu vətəni küçədən tapmadıq. Bu gün 10 milyon nizamsız köçkünü içimizə soxan bu zehniyyətə vətənimizi təslim etməyəcəyik. “Sərhəd namusdur”, belə dedik.  Namusumuzu qorumaqdan aciz hər gün axın-axın damarlarımıza sızan bu başı pozuq insan selini seyr edən sabah-birisi gün 10 milyondan 30 milyona çıxıb taleyimizi təhdid edəcək bu köçkün axını qarşısında idxal səs qarşısında tükünü tərpətməyənlərə vətənimizi təslim etməyəcəyik. On minlərlə vətəndaş canlarından olarkən, zəlzələ sabah əsgərlərə “dayan” əmrini verən, insanlar dağıntı altında yardım gözlərkən qan satan, çadır satan bu zehniyyətə vətənimizi təslim etməyəcəyik. Vətənini sevən seçki qutularına gəlsin”.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info