
Türkiyənin CHP rəhbəri Kemal Kılıçdaroğlu Məhərrəm İncənin sözlərinə şərh verməkdən imtina edib.
Kılıçdaroğlu Milliyet Ankaranın nümayəndəsi Özel Tümerə müsahibəsi zamanı Məhərrəm İncənin təklifinə münasibət bildirmək istəməyib.
Jurnalistin suallarını cavablandıran CHP rəhbəri İncənin söylədiklərinə kəskin cavab verib.
“Az öncə də ifadə etdim. Bu, iki ailə arasında özəl bir yeməkdir. Bu özəl yeməkdə danışılanların kənarda səsləndirilməsinin doğru olmadığını düşünürəm. Nöqtə” – Kılıçdaroğlu bildirib.
Müsahibə zamanı bu mövzu barəsində daha danışmaq istəməyən CHP rəhbəri bələdiyyə seçkilərinə də münasibət bildirib.
“Onsuz da 8 ay var. Ehtiyac yoxdur” – hakimiyyətin yerli seçkiləri irəli çəkmək barədə bəyanatlarına Kılıçdaroğlu cavab verib.
Qeyd edək ki, ilə 24 iyun seçkilərində CHP-dən prezidentliyə namizəd Məhərrəm İncə CHP rəhbəri Kılıçdaroğluna partiyanı onun xeyrinə tərk etməyi təklif edib. O, bu bəyanatı iyulun 3-də CHP rəhbəri Kemal Kılıçdaroğlu ilə yeməkdən sonra jurnalistlərə söyləyib.