Kılıçdaroğlu: “Özalın hədəflədiyi inkişaf edən Türkiyəni yenidən inşa edəcəyik” / VİDEO

  • By admin
  • 17 Aprel 2023 09:22

Türkiyədə “Millət İttifaqı”nın Prezidentliyə namizədi Kamal Kılıçdaroğlu qatıldığı bir toplantıda gələcək hədəfləri barədə danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Turqut Özalının xatirəsinə həsr edilmiş Xatirə Məkanının açılışında iştirak edən Kamal Kılışdaroğlu düşüncə azaslığı və demokratiyaya vurğu edib. “Bunları yenidən Türkiyəyə gətirdikdə, böyük bir ölkə olacağıq,” deyib.

Digər siyasi partiya başçıları ilə birlikdə açılışa gələn Kılıçdaroğlu Türkiyənin keçmiş Prezidenti Turqut Özalın hədəflədiyi inkişaf edən Türkiyə modelini yenidən inşa edəcəklərini dilə gətirib. Daha sonda Kılıçdaroğlu söyləyib:

“Özal dövlətə və dövlət qurumlarına hər ortamda hörmət göstərən birisi idi. Onun bu ölkəyə etdikləri yaxşılıqları hər mühitdə ifadə etdim. Türkiyəni içində olduğu bu çətin şərtlərdən qurtarmaq üçün 6 partiya bir araya gəldik. Təməl hədəfimiz düşüncə azadlığı və demokratiyadır”.

 

Tərcümə: Arzu

Gununsesi.info