Kılıçdaroğlu: Seçki sandığından “dəyişim” mesajı çıxıb

  • By admin
  • 16 May 2023 14:38

Türkiyədə Millət İttifaqının Prezidentliyə namizədi Kamal Kılıçdaroğlu seçkilərin nəticələrinə dair açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kılıçdaroğlu seçki sandıqlardan “dəyişim” mesajının çıxdığını söyləyib.

“İlk tur bitdi. Ən böyük gerçək budur ki, sandıqdan dəyişim mesajı çıxıb. Dəyişim istəyənlər artıq bu ölkədə istəməyənlərdən daha çoxdur. Bu qədər zülmkar iqtidardan qurtulmaq üçün daha çox mübarizə etməli olan tərəf də bizik”.

Prezidentliyə namizəd bu yazısı ilə “Twitter” üzərindən gənclərə və qadınlara səslənib.

“Gənc dostlarımın mesajını da aldım. Başım üstünədir. Onların qayğılarını həll edəcəm. Ancaq onların da məni eşitməsini istəyirəm. Hər şey elə bir nöqtədədir ki, “donuz bağlantılılar” uca Məclisə göndərildi. Qadınları cansız bir əşya kimi sahibləndirmək istəyənlərə beten yolları açdılar. Ən böyük zərbəni gənclərə vurdular. Sizin heç bir şeyə yetəcək pulunuz yoxdur. Bir qəhvəni velə düşünməyə məcbursunuz. Yaşam sevinciniz oğurlandı. Oysa gənclik qayğısızlıqdır. Bunu bir gün belə, yaşatmadılar sizə. Biz çəkişərkən onlar sizə qarşı birləşmiş durumdadır. İndi baxaq: Əlimizdə nə var? Dibsiz bir qaranlıq… Fərqindəsinizmi? Gəncliyiniz bir daha gəlməyəcək. 12 günümüz var, bu qaranlıq tunelden çıxsaq, çıxsaq…”

 

Tərcümə: Arzu

Gununsesi.info