Kılıçdaroğlu: “Terrordan ən nöyük acıları yaşayan Türkiyədir”

  • By arzu
  • 22 Noyabr 2022 16:02

Türkiyənin tanınmış müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının qruo toplantısında son günlərdə ölkəsinə qarşı törədilən terror hücumlarını pisləyib.

 

HTML tutorial

Gununsesi.info “Habertürk”ə istinadən xəbər verir ki, siyasətçi söyləyib ki, hər kəs terrora qarşı durmaq məcburiyyətindədir.

“Biz birlikdə olmaqdan yanayıq. Türkiyəni buradan çəkib çıxartmaq istəyirik. Sərbəst iradəmizlə bu etmək istəyirik”, – deyə Kılıçdaroğlu söyləyib.

O deyib ki, həmin coğrafiyada terrordan ən böyük acıları yaşayan Türkiyədir. Müxalifətçi öz çıxışında terrorun kimdən və haradan gəlməsindən asılı olmayaraq hamılıqla buna qarşı çıxmaq məcburiyyətində olduqlarını bildirib.

“Terror başımızın bəlasıdır. Ona qarşı tədbir alacaqsınız”, – deyə Kılıçdaroğlu vurğulayıb.

 

Tərcüməçi:

Arzu Sayadoğlu

Gununsesi.info