Kılıçdaroğlu: Türkiyədə hər an erkən seçkilər ola bilər

  • By admin
  • 10 İyul 2023 17:10

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gündəmi çalxalayan açıqlamalar verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, CXP sədri partiyalar arasında ittifaqlara toxunaraq tək variantlı siyasətin mümkünsüz olduğunu söyləyib.

Yerli bələdiyyə seçkilərində ittifaqların olmasının müsbət nəticələr verəcəyini söyləyən Kamal Kılıçdaroğlu hər kəsin CXP-nin sədri olmağa haqqının olduğunu dilə gətirib.

“Tükriyə hər an erkən seçkilərə gedə bilər. Biz hər şərtlərdə hazırlıqlı olmalıyıq”, – deyə Kılıçdaroğlu vurğulayıb.

Tərcümə: Arzu

Gununsesi.info