Aprelin 21-də Ankarada şəhidin dəfn mərasimində CHP lideri Kamal Kılıçdaroğluya qarşı edilmiş hücumla bağlı cinayət işi açılıb.
Gununsesi.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ankaranın baş prokuroru Yüksel Kocaman bildirib.
Onun sözlərinə görə, sözügedən hücumun terrorla əlaqəsi olub-olmadığı və ya provakasiya ehtimalı araşdırılır.
Gununsesi.org