Kılıçdaroğlundan namizədlik açıqlaması

  • By admin
  • 03 Fevral 2023 18:17

Cümhuriyyət Xalqa Partiyasının(CXP) başçısı Kamal Kılıçdaroğlu Prezidentliyə namizədliyi ilə bağlı adı üzərində razılaşma olacağı halda, buna etiraz etməyəcəyini söyləyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “FOX TV”də qatıldığı bir proqramda Millət İttifaqının Prezident namizədi olması ilə bağlı suala “razılaşma olmadan bir qərar almağı əsla doğru hesab etmərəm”, deyib.

Namizədlə bağlı razılaşma olmasının önəminə diqqət çəkən Kılıçdaroğlu bunları söyləyib: “Adım üzərində razılaşma olsa, əlbəttə, bu vəzifəni yerinə yetirmək şərəfli bir şeydir. Siz niyə mənim adımı irəli sürürsünüz deyə, özəl bir etirazım olmaz. İşin təbiətinə zidd olar”.

Müxalif lider təməl hədəflərinin ölkənin sabitliyi olduğunu vurğulayıb. “Ayrı-seçkiliyi deyil, birlikdə olmaq, fərqli düşüncələrə hörmət qoymaq, siyasətə yeni bir mədəniyyət gətirmək istəyirik”, – deyə fikirlərini açıqlayıb.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info