Kılıçdaroğlunun jurnalist olmaq istəyən gəncə cavabı - FOTO

  • By admin
  • 28 Noyabr 2016 10:33

kilic

Fərhatpaşa Gənclik Mərkəzini ziyarət edənCümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu söhbət etdiyi gənclərə öz tövsiyəsini verib.

Gununsesi.info “BirGün” qəzetinə istinadən xəbər verir ki, gənclərin CHP lideri K. Kılıcdaroğluarasında maraqlı söhbət də olub. Belə ki, K. Kılıçdaroğlu  gənclərin hansı ixtisas üzrə təhsil almaq istədikləriilə maraqlanıb. Gənclərdən biri ictimai siyasət ixtisası üzrə təsil almağı planlaşdırdığını söyləyib.

Bu təhlükəli bir sahədir, amma buna baxmayaraq hər biriniz siyasətə maraq göstərin deyə K. Kılıçdaroğlu bildirib. Digər bir gənc isə jurnalist olmaq istəyini dilə gətirib. K. Kılıçdaroğlunun gəncin bu istəyinə cavabı isə çox maraqlı olub. O, qeyd edib: “Çox çözəl, həbsxanada yerinizi ayırın”.

Anar

Gununsesi.info