Kilisin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB-1

  • By admin
  • 24 Yanvar 2018 22:33


Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 11 nəfər yaralanıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

İnsident yerli vaxtla saat 18:10 radələrində qeydə alınıb. Şəhərə 2 raket raket atılıb, onlardan biri şəhərin mərkəzindəki məscidə düşüb.

***

20:53

Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində yaralananlardan biri ölüb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 13 nəfərin yaralandığı bildirilir.

Məlumata əsasən, şəhərə 2 raket mərmisi düşüb.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

***

20:11

Türkiyənin Kilis şəhəri Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulub.

APA-nın “Milliyet”ə qəzetinə istinadən verdiyi məlumata görə, mərmi məscidə düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2-si ağır olmaqla 8 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Gununsesi.info