Kilsə yaxınlığında atışma olub: ölən və yaralananlar var

  • By admin
  • 19 Aprel 2017 07:44

atisma

Misirdə Müqəddəs Yekaterina kilsəsi yaxınlığında atışma baş verib.

Gununsesi.info “Report”a istinadən  xəbər verir ki, silahlı şəxslərin hücumu nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.

Yaralananların polis əməkdaşları olduğu bildirilir.

İlkin məlumata görə, atışma kilsənin qarşısında baş verib.

Hadisənin təfərrüatları araşdırılır.

Gununsesi.info