Kilsədə cinsi istismarla bağlı qan donduran HESABAT

  • By admin
  • 17 Noyabr 2023 12:13

İtaliyadakı Katolik Kilsəsinin ən yüksək təşkilatı olan İtalyan Yepiskoplar Konfransı (CEI) 2022-ci ildə kilsədə cinsi istismar və təcavüz qurbanlarının 54 nəfər olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, hesabatda 2022-ci ildə kilsə daxilində 54 qurbanın cinsi istismara və təcavüzə məruz qaldığı bildirilib. Hesabatda 54 qurbandan 35-nin zorakılığa məruz qaldıqları vaxt 15-18 yaşlarında olduğu, qurbanlardan 44-nün qadın olduğu bildirilib.

Hesabatda zorakılığa məruz qalanlar arasında 4 yaşından kiçik 2 körpənin olduğu, 18 yaşdan yuxarı 17 yetkinin isə cinsi təcavüzə məruz qaldığı bildirilib. Hesabatda bildirilən halların bəziləri 2022-ci ildən əvvələ aid edilsə də, ümumilikdə 32 nəfərin cinsi istismar və təcavüz cinayətlərinə cəlb edildiyi qeyd edilib. CEI hesabatında qeyd edilib ki, halların yarısı kilsələrdə, digərləri isə məktəblərdə, düşərgələrdə və ya kilsə qruplarının yığıncaqlarında baş verib.

Hesabatla bağlı açıqlama verən CEI prezidenti və Bolonya arxiyepiskopu kardinal Matteo Zuppi bu mövzuda keçmişdə çox görülən bir ört-basdırın artıq olmadığını deyib. Bu arada, İtalyan Kilsəsi əksər Avropa ölkələrindən fərqli olaraq müstəqil istintaq komissiyası təyin etmək əvəzinə, qurbanların ifadələri əsasında sözügedən hesabatı hazırlayır.

İtaliyada uşaq zorakılığı ilə mübarizədə öndə gedən dərnəklərdən biri olan “Rete l’Abuso” (Sui-istifadə Qurbanları Şəbəkəsi) Dərnəyinin prezidenti Françesko Zanardi internet saytında verdiyi yazılı açıqlamada hesabatı tənqid edib.

Keçən il açıqlanan 2020-2021-ci illər üçün ilk hesabatında CEI sözügedən dövrdə 89 nəfərin cinsi istismar qurbanı olduğunu bildirib. Zanardi həmin vaxt hesabatı “əhatə baxımından çox məhdud” və “saf təbliğat” kimi qiymətləndirib.

Gununsesi.info