Kilsəyə silahlı hücum: Çoxlu sayda ölən var

  • By admin
  • 26 Fevral 2024 09:00

Burkina-Fasoda bazar günü ayini zamanı kilsəyə edilən hücumda 15 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, Burkina Fasodakı Dori katolik kilsəsinin yaydığı yazılı açıqlamada, bazar günü ibadət zamanı Sahel bölgəsinin Seno əyalətindəki Essakane kəndində kilsəyə naməlum silahlı şəxslərin hücumuna məruz qaldığı qeyd edilib.

Açıqlamada hücumda 15 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

2015-ci ildə Burkina Fasoda baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini evlərinə qayıda bilib.

Baş nazir Apollinaire Joachimson Kyelem de Tambela ötən il etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlət nəzarətində olduğunu bildirmişdi.

 

Gununsesi.info