Kilsədə cinsi zorakılığın miqyası dəhşətlidir - SENSASİON HESABAT

Keşişlər tərəfindən yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı 400-dən çox hadisə qeydə alınıb.

Bu cür rəqəmlər son 13 il ərzində birbaşa qurbanlardan cinsi zorakılıq halları haqqında məlumat toplayan The Abuse Network-un son hesabatında yer alıb.

Bu barədə Gununsesi.info The Abuse-yə istinadən xəbər verir.

Rəsmi məlumatın olmaması fonunda, özü sui-istifadədən sağ çıxan Francesco Zanardi tərəfindən idarə olunan dərnəyin çərşənbə günü hesabatı fenomenin miqyasını izləyə bilən yeganə hesabat olub.

Qrup bu sənədi İtaliyanın səlahiyyətli orqanlarına göndərib ki, onları müstəqil təhqiqat başlatmağa təşviq etsin. Onun ekspertləri hesablayıblar ki, bu halların ümumi sayı digər ölkələrin rekordlarını üstələyə bilər.

Ruhani zorakılığı ilə mübarizə üzrə beynəlxalq təşkilat, Eca Global bu yaxınlarda cinsi zorakılıq məsələsinin Avropa səviyyəsində həllinə baxılmasını tələb edib.

Tərcümə: Adil Elxanoğlu

Gununsesi.info