
Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur “Qladiator sorx” idman qəzetinin azərbaycanlıları təhqir etməsinə sərt reaksiya verib.
Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, o, bu barədə bildiriş yayaraq qəzetin irqçi əməlini sərt şəkildə qınayıb.
Millət vəkili bildirib ki, Azərbaycanı təhqir edənlər öz cəzalarını alanadək məsələni diqqətdə saxlayacaq:
“Qövmləri, xüsusilə də cəsarətli, qorxmaz və başıuca Azərbaycanı təhqir etmək heç bir şəkildə qəbul edilə bilməz. Necə olur ki, bəzi kütləvi informasiya vasitələri “Traktor” komandası və Azərbaycan əhalisini təhqir edirlər? Mətbuata nəzarət heyəti bu məsələyə baxmalıdır. Belə insanlar cəzalandırılsa, Azərbaycanı təhqir etmək istəyənlərə də bir ibrət dərsi olar. Hamı bilməlidir ki, kim Azərbaycanı təhqir etsə, gözünü çıxardarıq”.
Gununsesi.info