Kim Çen In ABŞ-a MEYDAN OXUDU

  • By admin
  • 28 İyul 2022 09:22

“Şimali Koreya istənilən an “nüvə çəkindirmə qüvvələrini” tez və dəqiq səfərbər etməyə tam hazırdır”.

Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla iyulun 27-də ölkə lideri Kim Çen In, Koreya müharibəsində atəşkəsin ildönümünün qeyd edilməsi mərasimində çıxış edib.

“İndi silahlı qüvvələrimiz istənilən böhrana cavab verməyə tam hazırdır. Ölkəmiz nüvə hücumunu dəf etmə missiyasını da yerinə yetirmək üçün mütləq gücünü düzgün, dəqiq və tez səfərbər etməyə tam hazır vəziyyətdədir ” – Kim Çen In deyib.

O, həmçinin vurğulayıb ki, ölkə ABŞ ilə istənilən hərbi toqquşmaya tam hazırdır.

“Əgər Cənubi Koreya rejimi və onun hərbi quldurları hərbi sahədə və hansısa hərbi vasitə və ya üsulla bizimlə hərbi gücümüzün bir hissəsini profilaktik olaraq zərərsizləşdirmək və ya məhv etmək üçün döyüşə biləcəklərini düşünürlərsə, yanılırlar! Belə təhlükəli cəhdin qarşısı güclü bir qüvvə tərəfindən dərhal alınacaq. Yoon Sok-yeol rejimi və ordusu məhv ediləcək ”, – Şimali Koreya lideri xəbərdarlıq edib.

Bundan əvvəl Kim Çen In ölkənin milli təhlükəsizlik sahəsində ciddi risklərlə üzləşdiyini bildirib.

Gununsesi.info