Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir

  • By admin
  • 12 Mart 2018 08:15

Şimali Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Tona İlbo” nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen In Cənubi Koreyanın nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb.

“Kim Çen Inın yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır”, – deyə mənbə qeyd edib.

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton təkliflə razılaşıb. Görüşün vaxtı və yeri razılaşdırılacaq.

Gununsesi.info