Kim Çen In Cənubi Koreyanı “əsas düşmən dövlət” elan etdi

  • By admin
  • 10 Yanvar 2024 11:52

Şimali Koreya lideri Kim Çen In bildirib ki, Cənubi Koreyanı “əsas düşmən dövlət” elan etməyin vaxtı çatıb.

Gununsesi.info bildirir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In bu bəyanatı sursat fabriklərinə baş çəkərkən verib.

Kim həmçinin Seul administrasiyasını münaqişə və silahlanmanı təşviq etməkdə ittiham edib.

Şimali Koreya lideri həmçinin iki ölkə arasında münasibətlərin pisləşməsini “dəyişikliyin yeni mərhələsi” və “qaçılmaz reallıq” kimi qiymətləndirib.

Kim Koreya yarımadasında böyük bir təktərəfli insident yaratmayacaqlarını bildirsə də, müharibədən qaçmaq niyyətində olmadıqlarını da əlavə edib.

Gununsesi.info