
Şimali Koreya qitələrarası ballistik raket vasitəsi ilə Yer kürəsinin istənilən nöqtəsinə zərbə endirə biləcəyini və bununla da bütövlükdə dünyada sülhü etibarlı qoruya biləcəyini bəyan edib.
Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, belə bir bəyanatla rəsmi Pxenyan ballistik raketin növbəti sınağından sonra çıxış edib.
Pxenyan ölkə lideri Kim Çen Inın əmri ilə bu gün “Xvason-14” qitələrarası ballistik raketin uğurla sınaqdan çıxarması barədə məlumat yayıb. Raket 2802 metr yüksəklikdə 933 km məsafə uçub. “Şimali Koreya bir güclü nüvə silahına malik olan ölkə kimi, dünyada ən güclü nüvə silahına və qitələrarası ballistik raketə sahib olmaqla, dünyanın istənilən nöqtəsinə zərbə endirmək qabliyyətinə malikdir. Bununla da Şimali Koreya ABŞ-ın istənilən nüvə təhlükəsinə cavab verməyə və bununla da Koreya yarımadası bölgəsini, eyni zamanda dünyada və bölgədə sülhü və təhlükəsizliyi təmin etməyə hazırdır”- deyə, bəyanatda bildirilir.
Gununsesi.info