Heç kim inkar edə bilməz ki, Koreya yarımadasında bir-birinə qarşı ən ədavətli iki dövlət mövcuddur.
Gununsesi.info Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In deyib.
“Hamıya aydındır ki, nəhəng qüvvələrin bir-biri ilə üzləşdiyi demarkasiya xətti ərazisində hətta kiçik insident belə fiziki toqquşmaya və gərginliyə səbəb ola bilər. Heç kim inkar edə bilməz ki, indi Koreya yarımadasında iki ən düşmən dövlət var”, – dövlət agentliyi Indan sitat gətirib.
Onun sözlərinə görə, Şimali Koreyanın “düşmənlərinin ağılsız siyasəti”istənilən an yarımadada müharibəyə yol aça bilər.
KXDR lideri həmçinin bildirib ki, partiya Koreya Respublikası ilə dialoq yolu ilə birləşməyi mümkün hesab etmir və Seulu ABŞ-nin “müstəmləkə administrasiyasının əlaltıları” adlandırıb.
Gununsesi.info