Şimali Koreya lideri Kim Çen In dünən ölkənin şərqindəki Vonsan şəhərində müharibəyə hazırlıq təlimində iştirak edib.
Gununsesi.org bildirir ki, Şimali Koreyanın dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, dövlət başçısının koronavirusa görə maska taxan onlarla əsgər arasında maskasız hərbi təlimə qatılaraq raket sınağına baxması diqqətləri cəlb edib.
Qeyd edək ki, Şimali Koreyada dövlət mətbuatı vasitəsi ilə ölkədə yeni tip koronavirusa yoluxma faktının olmaması ilə bağlı açıqlamalar verilsə də, müxtəlif mənbələr yanvar ayından bugünə qədər 20 nəfərin şübhəli şəkildə öldüyünü bildirib.