Kim Çen Inın 5 məmuru edam etdirməsi xəbəri ABŞ tərəfindən araşdırılır

  • By admin
  • 31 May 2019 23:00

Dünən Cənubi Koreya KİV-ləri ABŞ prezidenti Donald Trampla Vyetnamda keçirdiyi  görüşündən nəticə əldə edə bilməyən və buna görə də qəzəblənən Şimali Koreya lideri Kim Çen Inın beş vəzifəli şəxsi edam etməsi barədə yazıblar.

ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, Ağ Ev bu məlumatın nə dərəcədə doğru olmasına aydınlıq gətirməyə çalışır. Bu barədə Reuters məlumat yayıb.

“Biz sizin istinad etdiyiniz xəbərləri görmüşük. Bu məlumatları yoxlamaq üçün əlimizdən gələni edirik. Bu barədə bu gün başqa bir söz deyə bilmərəm”, – deyə dövlət katibi jurnalistlərin sualını cavablandırıb.

Qeyd edək ki, dünən  Donald Trampla Vyetnamda keçirdiyi zirvə görüşündən nəticə əldə edə bilməyən və buna görə də qəzəblənən Şimali Koreya lideri Kim Çen İnın beş vəzifəli şəxsi edam etdirməsi barədə xəbər yayılıb.

Məlumata görə, Şimali Koreyanın ABŞ üzrə xüsusi nümayəndəsi Kim Hyok Çol ilə birlikdə xarici işlər nazirliyinin dörd əməkdaşı mart ayının əvvəlində Pxenyandakı Mirim hava limanında edam edilib. Onlar “ABŞ-ın niyyətini düzgün anlamadan müzakirələrə aid kifayət olmayacaq dərəcədə məlumat verərək ABŞ üçün casusluq etdikləri” ittihamı ilə üzləşiblər. O cümlədən, Inın tərcüməçisinin də onun nüfuzuna xələl gətirməsi əsas göstərilərək, islah əmək kaloniyasına göndərildiyi bildirilib.