Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələyir

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə Pxenyanı tənqid edən təbliğat vərəqələrinin yayılmasına görə ağır bədəl ödəməlidir.

Gununsesi.info xarici mediaya istinadən  xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq deyib.

“Biz bir daha əclaflara sərt xəbərdarlıq edirik. Onlar dəhşətli və ağır bədəl ödəməyə hazır olmalıdırlar”.

Bildirilir ki, bu yolla KXDR liderinin bacısı Pxenyanın Cənubi Koreyaya peyinlə doldurulmuş balonları göndərdikdən sonra “payları qaldıra biləcəyini” göstərib.

İyulun 8-də Kim Yo Conq Cənubi Koreya prezidenti Yoon Seok Yeolun ölkəsini fəlakətə məhkum etdiyini bildirib.

Xüsusilə, o, Seulu hərbi təlimləri gücləndirdiyinə və Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonlarında atışmaların bərpasına görə kəskin tənqid edib.

 

 

Günay

Gununsesi.info