Kim Çen Inın bacısı Cənubi Koreyaya səfər edəcək

  • By admin
  • 15 Mart 2018 10:31
KXDR və Cənubi Koreya arasında “buzlar əriyir”

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çen Cənubi Koreyaya göndəriləcək nümayəndə heyətində yer alacaq.

Gununsesi.info xəbər verir ki, 28 yaşlı Kim Ye Çjon Cənubi Koreyada keçiriləcək Qış Olimiya Oyunlarının açılış mərasimində iştirak edəcək. Kim Ye Çjon 2017-ci ildən Şimali Koreya Əmək Partiyasının Siyasi Bürosunun üzvüdür. O, Şimali Koreyada mühüm dövlət postu tutur.

Qeyd edək ki, bundan əvvəl KXDR-nin parlament sədri Kim Yong-namın da qış olimpiya oyunları üçün Cənubi Koreyaya səfər edəcəyi barədə məlumat verilib. Məclis sədri 22 nəfərlik heyət ilə cümə günü Cənubi Koreyaya səfər edəcək. Kim Ye Çjonun da həmin heyətdə yer alacaq.

Gununsesi.info