Kim Çen-Inin didərgin düşən xalası onun haqqında nələri danışdı?

  • By admin
  • 30 May 2016 22:10

kim cenkim ci in600@0 (1)

Dünyanın ən qəddar prezidenti kimi tanınan Şimali Koreya Respublikasının liderinin xalası Ko En Sum prezidentin uşaqlıq xatirələrindən danışsb. Şimali Koreya liderinin xalasının indi 60 yaşı var. O, illər öncə – 1998-ci ildə əri və 3 uşağı ilə ölkəsini tərk edərək ABŞ-a köçüb. Qadının ölkədən illər öncə qaçmasına baxmayaraq bu gün də o, qapalı olan bu dövlət, onun lideri haqqında qiymətli infomasiya mənbəyidir.  Gununsesi.info ANSPRESS-ə istinadən bildirir ki, ilk dəfə jurnalistlərə Kim Çen Inın uşaqlığı haqqında məlumat verən xala onun daha öncə deyildiyi kimi 1983 və ya 82-ci ildə deyil, 1984-cü ildə, onun oğlu ilə eyni ildə anadan olduğunu deyib. Ko En Sumun sözlərinə görə, In onun böyük oğlu ilə bir ildə doğulub. Xala onun həmişə hər şeylə maraqlandığını vurğulayıb.

Xalası gələcək lider İsveçrədə təhsil alarkən ona baxıb. İsveçrəyə gedəndə isə Kim Çen Inın 12 yaşı olub. “Biz adi evdə yaşayırdıq və normal ailə idik. Mən ona və qardaşına ana kimi olmuşam. Mən ona dostlarını evə gətirməyə icazə verirdim ki, normal həyat tərzi keçirsin. Uşaqlar yemək yeyir, “leqo” ilə oynayırdılar.

Biz Inla çox yerləri gəzmişik. Onunla uşaq olanda Parisdəki Disneyləndə getmişik. Alp dağlarında xizək sürmüşük, Fransanın Rivyerində istirahət etmişik, İtalyan restoranında yemək yemişik. In həmişə texnika ilə maraqlanıb, hər zaman gəmilərin necə üzdüyü, təyyarənin necə uçduğu ilə maraqlanardı. O, məktəbdə basketbolla məşğul olub və böyük uğur əldə edib. Onun kumiri isə amerikalı basketbolçu Maykl Cordan olub”.

 

Ko En Sumun sözlərinə görə, Kim uşaqlıqda yaramaz yox, çılğın olub. Xala deyir ki, anası onu danlayanda Kim heç vaxt ona cavab qaytarmazdı, amma acığını başqa cür çıxardı, o, aclıq elan edirdi.

Xalasının sözlərindən belə görünür ki, Kim Çen In əvvəlcədən lider kimi yetişdirilib. Gələcək liderin hələ 8 yaşı olanda onun üçün təşkil edilən bayrama yüksək hərbi komandanlığın nümayəndələri gəlmişdi. Ona general forması bağışlamışdılar.

Kim Çen In – Şimali Koreyanın siyasi xadimi, Kim Çen İrin 3-cü oğlu, Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanıdır.

Kim Çen In həmişə qeyri-adi qadağası ilə gündəmə gəlib. Sonuncu dəfə mayın 2-də o, seçki qabağı ölkəsində toy və yas mərasimlərini qadağa etmişdi.

Ondan əvvəl isə aprelin 18-də ölkəsində yaşayan sakinlərə cins geyim geyinməyi və pirsinq taxmağı rəsmən qadağan edib.