
Şimali Koreya lideri Kim Çen İnın ögey qardaşı Kim Çen Namın “sinir qazı”yla öldürüldüyü məlum olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Malaziya Təhlükəsizlik Mərkəzinin rəhbəri Xalid Əbu Bəkir mətbuata açıqlamasında belə deyib.
Belə ki, Kimyəvi Silahların Təhqiqatı Mərkəzində həyata keçirilən analizin nəticəsinə görə, Kim Çen Namın ölümünə səbəb məhz sinir sisteminə təsir edərək sinir-paralitik şok yaradan “VX” qazı olub.
Xatırladaq ki, fevralın 14-də Kim Çen Namı Kuala Lampur Hava Limanında iki qadın tərəfindən zəhərli iynələr vasitəsi ilə öldürülüb.
Əmisi Cen Son Taek edam edildikdən sonra Kim Çen İnın qardaşı Malaziyada gizlənirdi.
Anar
Gununsesi.info