“Kim də bilməsə, Lavrovla Zaxarova yaxşı bilir…” - DEPUTAT

  • By admin
  • 03 Fevral 2017 16:03

sahib aliyev smile

“Şefi Sergey Lavrovun ardından Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova da üçlü vətəndaşlığı və daha artıq da sifəti olan, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq Dağlıq Qarabağa gedib oradakı cinayətkar və separatçı rejimi təbliğ edən, rəsmi Bakının tələbiylə Belarusda tutlan Andrey Lapşinin ölkəmizə təhvil verilməsinə qarşı çıxdıqlarını bildirir”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə,  Zaxarova bunun baş verməməsi üçün Belarusla danışılaq aparıldığını deyir və açıqlamasından belə çıxır ki, onların bu narahatçılıqlarının arxasında Lapşinin Rusiya vətəndaşı olması durur.

“Xub, ancaq onda sual yaranır, nədən Mariya Zaxarova və şefi ölkələriylə yanaşı İsraillə Ukraynanın da pasportlarını daşıyan Lapşinin qayğısına bu cür qaldıqları halda ancaq Rusiya vətəndaşı olan, hazırda erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun azadlığa buraxılmasını tələb etmirlər.

Özü də onun ağır xəstə olduğunu bilə-bilə. Bəlkə ona görə ki, Lapşin Dağlıq Qarabağa gedərək oradakı cinayətkar və separatçı rejimin özünəbənzər təmsilçilərini dəstəkləyib, Dilqəm Əsgərov isə əksinə Azərbaycan torpaqlarının işğal altında olmasına qarşı çıxıb.

Hər halda kim də bilməsə, Lavrovla Zaxarova yaxşı bilirlər ki, Dilqəm doğulub-böyüdüyü Kəlbəcərə həm də işağala qarşı çıxdığını göstərmək üçün getmişdi”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Gununsesi.info