Kim haqlıdır: Müxalifət yoxsa, polis?

  • By admin
  • 20 Yanvar 2023 21:10

Ölkənin bir sıra müxalifət fəalları 20 Yanvar faciəsinin il dönümündə polisin onlara qarşı ayrı-seçkilik etdiyini, saatlarla qarşılarında sədd çəkdiyini və insanları Şəhid Xiyabanını ziyarət etmədən geri qayıtmağa məcbur etməsi barədə fikirlər yazıb.

Qeyd edək ki, bu cür fikirləri Müsavat, AXCP funksionerləri  və Milli Şuraya daxil olan digər siyasətçilər yazıb.

Onlar bildirir ki, ölkənin milli faciəsinin ildönümündə bu cür hərəkət utancvericidir və məhz bu səbəbə görə hər il Şəhidlər Xiyabanına ziyarətlərin sayı azalır.

Gununsesi.info-nun bu iddialarla bağlı sorğusuna cavab verən DİN-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Ehsan Zahidov bildirib ki, bu barədə deyilənlər həqiqəti əks etdirmir: “Orada ictimai asayişi pozmağa gələnlər var idi. Onlar növbəlilik prinsipini pozaraq, istədikləri kimi hərəkət etmək istəyirdilər. Polis isə buna imkan vermədi. Onların təxribatlarının qarşısı alındı”. 

 

Mətləb Yaqublu

Gununsesi.info