“Kimin prezident olacağına siz qərar verin, mən doymuşam”

“Kimin respublika prezidenti olacağına yalnız Belarus xalqı qərar verəcək”.

Gununsesi.info Sputnik Belarus”a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə müraciətində bildirib.

“Prezidentinizin kimin olacağına qərar vermək sizin ixtiyarınızdadır. Amma mən sizə deyim ki, hakimiyyətdən kifayət qədər doymuşam. Siz qərar verin və bu gündən etibarən bu barədə danışmağı dayandırın”, – ölkə başçısı əlavə edib.

O bu məsələdə xalqın məsuliyyətini dəfələrlə bəyan etdiyini vurğulayıb.

Eyni zamanda, Lukaşenko övladlarından heç birini dövlət başçısı postuna yüksəltmək fikrində olmadığını bildirib və varisliklə bağlı söhbətlərə son qoymağa çağırıb: “İrsiyyət, davamlılıq haqqında bütün söhbətləri dayandırmaq lazımdır. Mənim övladlarım prezident olmayacaq”.

O, prezident postunu tərk etdikdən sonra ölkənin rifahı üçün çalışacağını vurğulayıb: “Mən heç vaxt, necə deyərlər, axsaq ördək olmayacağam. Bax burada hakimiyyətdən gedəcəyimi elan etdim. Mənim ölkəmi müdafiə etmək üçün kifayət qədər səlahiyyətim var, xüsusən də indi. Bu o demək deyil ki, mən şəraitə görə yenidən bu vəzifədə qalacağam. Xeyr, yenə də yox. Mən gələcək haqqında düşünürəm. Əsas odur ki, Belarus vətəndaşları, onların uşaqları və nəvələri dinc ölkədə yaşasınlar”.

 

Gununsesi.info