“Kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq” -Fuad Nəcəfli/VİDEO

  • By admin
  • 27 Dekabr 2022 11:36

“Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:

“Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.

Səlahiyyətli nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: “Məclis qanunverici orqan, xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.

Daha ətraflı aşağıdakı video:

Gununsesi.info