Kimsə sizdən rəsmi parkinq yerində pul istəyirsə… – Ekspertdən açıqlama

  • By admin
  • 30 Noyabr 2023 18:19

“Parklanmaya görə nağd ödənişlər qanunsuzdur”.

Gununsesi.info xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı özünün “Facebook” hesabında yazıb.

O, parklanma ilə bağlı bir sıra məqamları da açıqlayıb:

“Rəsmi parkinq yerində ödəniş tələb etmək qanunsuzdur. Həmçinin kimsə axşam saat 10-dan sonra sizdən rəsmi parkinq yerində pul istəyirsə, bu yolverilməzdir. O cümlədən, bazar günü rəsmi parkinq yerində sizdən pul təıəb edilməsinə də qanun icazə vermir”.

Ekspert burda söhbətin yerüstü parkinq yerlərindən getdiyini vurğulayıb.

“Azərbaycanda bazar günü və hər gün axşam saat 10-dan səhər saat 7-yə qədər parkinq pulsuzdur. Parklanma yerlərində ödənişlər yalnız onlayn qaydada həyata keçirilir.Bəziləri axşam saat 10-dan sonra AzParkinq-in əməkdaşları ərazini tərk edən kimi və bazar günü əraziyə gələrə vətəndaşları aldadır və deyir ki, bazar günü və axşam saat 10-dan sonra parklanmaya biz baxırıq. Bütün bunlar qanunsuzdur və heç kimə ödəniş etməyə bilərsiniz”, – E. Muradlı əlavə edib.

Gununsesi.info