“Kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtarırsa, buyurub gəlsin”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki müharibəyə diqqət çəkərək xəbərdarlıq edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, partiyasının qrup toplantısında çıxış edən Ərdoğanın sözlərinə görə, “Türkiyəyə əl uzadanın əli, dil uzadanın dili yanar”.

O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.

Ərdoğan qeyd edib ki, bununla belə, əgər kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtararsa, tərəddüd etmədən onlara meydan oxuyacaqlar.

 

Gununsesi.info