“İstanbulda Fövqəladə Hal çərçivəsində görülən tədbirlər haqqında Qanun Hökmündə Qərara görə, ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığı müəyyənləşən Fəthullahçı Terror Təşkilatına bağlantıları olduğu üçün bağlanılan “Kimsə Yoxmu” Dərnəyinin qapısına bu gün səhər saatlarında möhür vurulub. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Dərnəyin Sultanbəylidəki Dərnəyin baş idarəsi boşaldılaraq, tabloları sökülüb, qapısına möhür vurulub. Dərnəyin Çobançeşmə Məhəlləsi Kalender küçəsindəki Avropa nümayəndəliyinin də tabloları sökülüb, qapısına möhür vurulub.
Gülnaz Qənbərli