“Kimsənin mənim ev almağıma etirazı varsa, yanılır…” "KASPİ" QƏZETİNİN BAŞ REDAKTORUNDAN ETİRAZ

  • By admin
  • 23 İyul 2017 13:25

Quliyev İLHAM

“Lap ağını çıxardılar ha. Baxıram kimliyi, şəxsiyyəti, miliyyəti məlum olmayan, gedib xaricdə oturub burda hər şeyi qara görən biriləri mənim evim ola – ola guya böyük cinayətə yol verib jurnalistlər üçün tikilən binadan ev aldığımı iddia edib. Məni tanıyan tanıyır, tanımayanlar da bilsin ki, ağlamağı xoşlamıram. Jurnalistlər üçün tikilən binadakı mənzillərin verilməsi ilə bağlı 3 əsas kriteriya müəyyənləşib”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Əməkdar jurnalist, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev öz “Facebook” statusunda qeyd edib.

Onun sözlərinə görə, həmin kriteriyalar da bunlardır: Birinci xidmət, ikinci peşəkarlıq, üçüncü ehtiyac.

“Mən 20 ildən artıqdır dövlətimə və jurnalistikamıza xidmət etmək dəyəm. Bu müddət ərzində əmək fəaliyyətimdə bir gün də olsun fasilə verməmişəm. Təvazökarlıqdan uzaq olsa da kimsə mənim peşəkarlığıma da şübhə edə bilməz. Bu sahədə müxbirlikdən başlayıb baş redaktorluğa qədər gəlib çıxmışam. Ən əsası, mənzil şəraitimin də yaxşılaşdırılmasına ehtiyacım var.

Ağlaşma qurmadan bunu deyim ki, komissiyaya da məhz bu məqsədlə müraciət etmişəm. Bir sözlə, kimsənin mənim ev almağıma etirazı varsa, yanılır. Gedib xaricdə kimlərinsə qucağında oturanların mənim adımla bağlı şou düzəltməyə mənəvi haqqı yoxdur. Verilən ev mənim halal haqqımdır!”-deyə, İ. Quliyev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info