Kimyəvi maddələr daşıyan tanker batdı

  • By admin
  • 20 Mart 2024 11:31

Cənubi Koreya bayrağı altında kimyəvi maddələr daşıyan tanker Yaponiya sahillərində batıb.

Gununsesi.info xəbər verir ki, tankerin Yaponiyanın qərb sahillərində çevrildiyi və ekipajın 5 üzvünün axtarıldığı bildirilib.

Cənubi Koreyada yerləşən “Yonhap” agentliyinin xəbərində tankerin güclü külək və yüksək dalğalar səbəbindən ada kənarında batdığı bildirilib.

Hadisə zamanı tankerdə 8 İndoneziya, 2 Cənubi Koreya və 1 Çin olmaqla ümumilikdə 11 ekipaj üzvü olduğu və onlardan 6-nın xilas edildiyi paylaşılıb.

 

Gununsesi.info